Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, güləş üzrə Dünya Kubokunun sahibi, tanınmış idman ustası, DSX-nın əməkdaşı, polkovnik-leytenant Firdovsi Umudovun 14 yaşlı qızı Fidan Umudova sentyabrın 27-dən etibarən işğalçı Ermənistanın davamlı təxribatlarına cavab olaraq Azərbaycanın başlatdığı əks-hücum əməliyyatları, bu haqq savaşımızda müzəffər ordumuzun bir neçə rayon, kənd və yüksəklikləri düşməndən azad etməsi və düşmənin Gəncədə mülki əhalini raket atəşinə tutması ilı bağlı dünyaya ingilis dilində çağırış edib.
Unikal.org xəbər verir ki, F.Umudovun qızı həmçinin ingilis dilində Gəncədə erməni terroru nəticəsində qətlə yetrilən körpələrlə bağlı da məlunat verib :
"Salam, dünya. Mənim adım Fidan Umudovadır. Mən Azərbaycanda doğulmuşam və yaşayıram və bu gün ölkəmizdə yaranmış vəziyyət haqqında, xüsusən torpağımın dinc əhalisinin erməni terrorçuları tərəfindən hücumlara məruz qalması haqqında danışmaq istəyirəm.
Ondan başlamaq istəyirəm ki, biz işğal olunmuş ərazilərimizin 20 faizni təxminən 30 ildir geri qaytarmağa çalışırıq. Biz 30 ilə yaxındır ki, bu münaqişənin sülh yolu ilə həll olunmasında dünya birliyindən yardım gözləyirik. Ancaq Ermənistan tərəfi bir neçə dəfə cəhd göstərdi ki, bizim mövqelərimizə hücum etsin. Ona görə də biz cavab verdik və tarixi torpaqlarımızı müharibə yolu ilə geri qaytarmağa başladıq. Ordumuz artıq bir neçə rayon və kəndi geri qaytarmışdır və bu faktla razılaşmayan erməni təcavüzkarları Gəncə və Mingəçevir şəhərlərinə raket zərbələri endirməyə başlamışlar, Bu şəhərlər hərbi əməliyyatlar zonasından kənardırlar. Dinc əhali yatarkən bu zərbələr gecə tətbiq olunur. Uşaqlar da daxil olmaqla bir çox qurban var. Bu, artıq müharibə deyil, terrorizmdir. Dünya birliyi buna göz yumur. Artıq biz susmuruq. Bütün dünya, səslərimizi eşidin. Qarabağ Azərbaycandır!"