Xəbər verdiyimiz kimi, bu gün Ermənistan ordusunun Bərdə rayonunu raket və ağır artilleriyadan atəşə tutması nəticəsində 4 mülki şəxs həlak olub, 14 nəfər yaralanıb.
Unikal.org xəbər verir ki, erməni təcavüzü nəticəsində həlak olan vətəndaşlarımızdan biri 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızıdır. Hadisə zamanı onun 3 yaşlı bacısı Tahirə İsgəndərova da yaralanıb.
Qeyd edək ki, Bərdədə yaralanan mülki şəxslərdən 4 nəfəri 9-15 yaş arasında uşaqlardır.