Taylandda müxalifət partiyasından olan millət vəkili məclis kürsüsündə qolunu kəsib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Tayland milli məclisində Visarn Techathiravat adlı millət vəkili baş bazir Prayut Çan-oçanın ölkədəki etirazlara reaksiya verməməsinə əsəbiləşib. Millət vəkili kürsüdə danışdığı zaman pencəyini və onun cibindəki bıçağı çıxararaq damarlarını doğrayıb. O bununla baş nazirə etirazını bildirib.
Daha sonra millət vəkili ''Problemlərə başqa cür həll yolu tapa bilmirəm. Uşaqların qanının tökülməsini istəmədiyim üçün öz qanımı axıtdım'',- deyə bildirib.
Qeyd edək ki, Tayland kralı Maha Vajiralonqkornun bir müddətdir Almaniyada yaşaması ölkədə etrazlara səbəb olub.