Türkiyənin İzmir şəhərində zəlzələdən altı gün sonra axtarış xilasetmə işləri sona çatıb.
Bu barədə Unikal.org “Sabah” qəzetinə istinadən xəbər verir. Bildirilir ki, İzmir şəhərində dağılan 17 evin yerində axtarışlar dayanıb. Yaxın gələcəkdə texnikanın dağıntıları sökməyə başlayacağı gözlənilir.
Son məlumatlara görə, təbii fəlakət nəticəsində 114 nəfər ölüb və 1035 nəfərdən çox insan yaralanıb.