3 ilə yaxındır ki, Polşada təhsil alan və işləyən İsmayılov Müşviq Asif oğlu dünyasını dəyişib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Unikal.org-a verilən məlumata görə, məlumat əldə edildikdən dərhal sonra Komitə baş verən hadisə ilə maraqlanıb.
Bundan əlavə məlumatların əldə olunmasında Polşa Azərbaycanlıları Şurası yaxından iştirak edib. Sözügedən ölkənin polis orqanlarının ilkin istintaqın nəticələrinə əsasən verdiyi məlumata görə, soydaşımız intihar edib.
Hazırda istintaq-əməliyyat qrupu faktı araşdırır və istintaq bitdikdən sonra ölüm hadisəsi barədə rəsmi məlumatın veriləcəyi gözlənilir.
Komitə hadisəni nəzarətdə saxlayır.