“Diplomatik korpus nümayəndələrinin Ermənistanın işğalından azad edilmiş Füzulidəki ən güclü hərbi mövqelərindən birinə səfəri. Əsasən bu mövqedən Azərbaycanın dinc əhalisinə hücum etdilər”.
Unikal.org xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.
Prezidentin köməkçisi bildirib ki, Ermənistan işğalı davam etdirmək üçün bu lazımsız hərbi infrastrukturun yaradılmasına böyük sərmayə qoyub.