Türkiyənin reytinqli seriallarından olan "Çukur"da gözlənilməz ayrılıq yaşanıb.
Unikal.org xəbər verir ki, ekran işindən baş rol aktyoru Önər Erkan ayrılıb.
"Selim Koçovalı" obrazına həyat verən aktyor 105-ci bölümdə ölərək seriala vida edəcək.
Qeyd edək ki, serialın baş rollarını Perihan Savaş, Aras Bulut İynemli, Erkan Koçak Köstendil kimi məşhur aktyorlar paylaşır.