Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan Kamal Kılıçdaroğlunu məhkəməyə verib.
Unikal.org "TRT Haber"ə istinadən xəbər verir ki, Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlundan 500 min türk lirəsi təzminat tələb edir.
Buna səbəb Kılıçdaroğlunun paramentdəki çıxışı zamanı ölkə prezidentini təhqir etməsi və şərf və ləyaqətə toxunan ifadələr işlətməsi olub. İş artıq məhkəmə icraatına götürülüb.