Əfqanıstanda "Taliban" qruplaşmasının üzvləri nəzarət məntəqəsinə hücum edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində Əfqanıstan ordusunun 5 hərbi qulluqçusu həlak olub.

Ölkənin şimalında yerləşən Kundus əyalətində baş verən insident zamanı daha 4 hərbi qulluqçunun yaralandığı bildirilir. Hadisəni törədənlər ərazidən qaça bilib.