Tunis hakimiyyəti komendant saatının 30 dekabr tarixinə qədər uzadılmasına qərar verdi.
Unikal.org-unTASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.
Küçəyə çıxmaq qadağası saat 20:00-dan 05:00-a qədər tətbiq edilir. Yarmarka, konfrans və iclasların keçirilməsinə qoyulan qadağa qüvvədə saxlanılır; kafe və restoranlar 19:00-da işini dayandırır və 16:00-dan sonra yeni müştəri qəbul etmələri, ictimai yerlərdə qəlyan çəkilməsi qadağandır; dəvət olunanların sayı 30 nəfərdən çox olmamaq şərti ilə toy və dəfn mərasimlərinin keçirilməsinə icazə verilir; ictimai yerlərdə məcburi qoruyucu tibbi maska rejimi davam etdirlir.
Məhdudiyyət tədbirlərinə riayət olunmasına nəzarət bölgə orqanlarına həvalə edilib.
ÖlkəninSəhiyyə Nazirliyinin son məlumatlarına görə, Tunisdə epidemiya başlayandan 102 991 koronavirusa yoluxma hadisəsi qeydə alınıb, xəstəlikdən 3526 nəfər dünyasını dəyişib.