Masallı rayonunun Digah kəndində ümumi sahəsi 550 kvadrat metr olan fəaliyyət göstərməyən mebel mağazasının döşəməsi 30 kvadrat metr sahədə yanıb.

Unikal.org xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.