İsveçrə federal hökuməti peyvənd tədarükü üçün ABŞ-ın "Pfizer" və Almaniyanın "BioNTech" şirkətləri ilə müqavilə imzalayıb.

Unikal.org  TASS-a istinadən verdiyi xəbərə görə, müqaviləyə əsasən İsveçrə "Pfitzer" və "BioNTech"dən 3 milyon doza peyvənd alacaq.  

Ölkənin Səhiyyə Departamentindən bildirilib ki, İsveçrə digər iki peyvənd istehsalçısı ilə də müqavilə imzalayıb. Belə ki, İsveçrə Britaniya-İsveç əczaçılıq şirkəti olan "AstraZeneca"dan 5,3 milyon doza və "Moderna"dan 4,5 milyon doza peyvənd alacaq.

Hər üç istehsalçının hazırladığı peyvəndlər hazırda "Swissmedic" tərəfindən təsdiqlənmə mərhələsindədir. 

Protokola əsasən peyvəndlər "Swissmedic" tərəfindən təsdiqlənməli və istifadədən əvvəl Federal Xalq Sağlamlığı Ofisi tərəfindən tövsiyə edilməlidir.