Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir.

Unikal.org  xəbər verir ki, aksiya iştirakçıları İrəvandakı küçələri bağlamağa çalışsalar da, polis onları dağıdıb.

Xatırladaq ki, müxalifət Paşinyana istefası üçün 8 dekabr saat 12:00-dək vaxt vermişdi, əks halda itaətsilzik aksiyalarının başlanacağı bəyan edilmişdi.

Etirazçılar əvvəlcə Maştots prospekti ilə Tumanyan küçəsinin kəsişməsini bağlamağa çalışıb, lakin polis onları ərazidən uzaqlaşdırıb. Bundan sonra nümayişçilər Əmiryan küçəsini bağlamağa cəhd ediblər, bu dəfə də polis imkan verməyib.

Məlumata görə, polislərin sayı etiraz edənlərdən çoxdur və artıq saxlanılanlar da var. Hazırda mərkəzdə hərəkət çətinləşib, lakin nümayişçilər uzun müddətdir küçələri bağlı saxlaya bilmirlər. Onlar Respublika meydanına istiqamətləniblər.