Böyük Britaniyanın Avropa Birliyindən çıxması və gələcək münasibətlərin tənzimlənməsi ilə bağlı gərgin müzakirələr davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Krallığın baş naziri Boris Conson Brüsselə səfər edərək Avropa Komissiyası başçısı Ursula Vonder Leyenlə görüşüb.

Tərəflər arasında dərin fikir ayrılıqları olduğu və ortaq məxrəcə gəlməyin mümkün olmadığı bildirilib. Bazar gününə qədər danışıqlar davam etdiriləcək. Təhsil, ticarət və ikitərəfli münasibətlər mövzuları əsas mübahisə predmeti olub.