Türkiyədə FETO təşkilatının e-poçt yazışmaları ələ keçirilib.
Unikal.org "TRT Haber"ə istinadən xəbər verir ki, şəbəkənin maliyyədən məsul olan qanadına qarşı təşkil olunmuş əməliyyat nəticəsində daxili yazışmalar üzə çıxıb.
FETO-ya ianə edən ayrı-ayrı şəxslərin siyahısı da məlum olub. Şəbəkə üzvləri daxili yazışmalarda ianələri kodlaşdırılmış şəkildə "cənnətə bilet" kimi qeyd ediblər. Araşdırmalar davam etdirilir.