Avstraliya qitəsində 500 min ildə bir dəfə müşahidə olunan isti yaz fəsli proqnozlaşdırılır.
Unikal.org xəbər verir ki, bu barədə "Guardian" qəzeti yazıb. Avstraliya qitəsi cənub yarımkürəsində yerləşdiyi üçün dekabr-fevral ayları yay, iyun-avqust ayları isə qış fəsli yaşanır.
İqlim dəyişiklikləri və qlobal istiləşmə səbəbindən Avstraliyanın hava şəraitində də bir sıra dəyişikliklər ortaya çıxıb. Belə ki, 500 min ildən sonra Avstraliyada mart-may aylarında şimal yarımkürəsi ilə eyni hava şəraiti müşahidə olunması gözlənilir. Bu isə Avstraliyada ən isti yaz fəslinin keçməsi anlamına gəlir.
Qeyd olunur ki, bu ilin yay fəsli də Avstraliyada 1910-cu ildən sonra ən yuxarı temperatur qeydə alınan yay olub.