Sumqayıt şəhərində ümumi sahəsi 80 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 20 m² olan mebel sexinin yanar konstruksiyaları və sahəsi 20 m² olan meyvə-tərəvəz mağazasının taxtadan ibarət dam örtüyü 2 m² sahədə yanıb.

Unikal.org  Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.