Albaniyanın paytaxtı Tirana şəhərində kütləvi etirazlar başlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, komendant rejimini pozan 25 yaşlı oğlanın polis tərəfindən öldürülməsindən sonra ölkədə kütləvi etirazlar baş qaldırıb.

Məhkəmə polis əməkdaşının həbs edilməsi qərarını versə də, etirazçılar bununla kifayətlənməyiblər.  Polislə vətəndaşlar arasında qarşıduma yaranıb. Aksiyaçılar daxili işlər nazirinin istefa verməsini və hökumətin xalqdan üzr istəməsini tələb edir.