Ermənistanda birləşmiş müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyan hazırki baş nazir Nikol Paşinyanın istefası barədə danışıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Vazgen Manukyan Nikol Paşinyanı bir daha istefa verməyə çağırıb.

"Liderlər müharibədə uduzanda onların üç seçimi olur. Ya gedirlər, ya özlərini öldürürlər, ya da onları istefa verməyə xalq məcbur edir. Nikol Paşinyan müharibədə uduzmuş liderdir. O, bu yollardan birini seçməlidir. Seçməsə, biz üçüncü variantla onu yola salacağıq", - deyə Manukyan əlavə edib.