İran İslam Respublikasının prezidenti Həsən Ruhani ABŞ-ın ölkəsinə qarşı sanksiyaları barədə növbəti dəfə danışıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Həsən Ruhani bu siyasətin iflasa uğradığını, uğursuz olduğunu və artıq onu tarix muzeyinə eksponat kimi qoymağın vaxtı çatdığını bəyan edib.

"Uğursuz sanksiya siyasətini muzeyə qoyun", - deyə bildirən Ruhani sanksiyaların İran iqtisadiyyatına zərbə vursa da, İranın ayaqda qaldığını söyləyib. Onun sözlərinə görə, Donald Tramp İranın iqtisadi potensialını doğru qiymətləndirə bilməyib. Ruhani həmçinin qeyd edib ki, Tramp gerçəkləri görə bilmirdi.