Afrikada COVID-19 virusuna yoluxanların sayı 57 mini keçib.

Unikal.org "Worldometers"ə istinadən xəbər verir ki, son 24 saat ərzində virusa 17 976 yeni yoluxma faktı qeydə alınıb. Son sutkada koronavirusdan həyatını itirənlərin sayı isə 428 nəfər olub.

Bununla da qitədə ümumi yoluxma sayı 2 milyon 422 min 536, ölüm sayı isə 57 168 təşkil edib. Ən çox yoluxma CAR, Mərakeş və Misirdə qeydə alınıb.