Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Rusiya ilə münasibətlərdən danışıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "The Daily Telegraph" nəşrinə müsahibəsində ingilis nazir Solsberi hadisəsindən sonra münasibətləri bərpa etməyin asan olmadığını bildirib. Ben Uolles 2018-ci ildə Solsberi şəhərində Britaniyaya işləməkdə suçlanan Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı Sergey Skripal və qızının Rusiya "QRU" orqanları tərəfindən "Noviçok" zəhəri vasitəsilə qətlə yetirilməsinə toxunub.
"Rusiya ilə münasibətləri tənzimləmək çətindir", - deyə əlavə edən nazir bunu istədiklərini bəyan edib.