Ermənistan paytaxtında Nikol Paşinyanın istefası tələbilə yürüş-mitinq keçirilib.
Unikal.org erməni mediasına istinadən xəbər verir ki, aksiya Qriqor Lusavoriç küçəsindən başlayıb, İrəvan sirkinədək davam edib. Etirazçılar “Nikol, get” tələbləri səsləndiriblər.
Əvvəlki iki gün ərzində də Ermənistanda “Ləyaqət marşı” keçirilib. Ölkənin xilası hərəkatı şənbə günü Azadlıq meydanında izdihamlı mitinq keçirməyi planlaşdırır.
Daşnaksütyun partiyasının təmsilçisi İşxan Saqatelyan aksiyada bəyan edib ki, 22 dekabrdan etibarən Ermənistanın bütün ərazilərində tətillərə və kütləvi itaətsizliyə başlanılacaq. Sabah İrəvanda aksiyalar davam etdiriləcək.