Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 76 nəfər ölüb.
Unikal.org "TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 10 171-ə çatıb.
Qeyd edək ki, Moskvada indiyədək 708 530 insanda (son sutkada 5028 nəfər) koronavirus aşkar olunub, daha 545 430 nəfər isə müalicə olunaraq sağalıb