Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

A.M.Şərifzadə küçəsində yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən orta yaşlı kişini (şəxsiyyəti dəqiqləşdirilir-red) "Mercedes" markalı, 90 MJ 783 dövlət nömrə nişanlı avtomobil vurub. Nəticədə piyada xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb edilib, yaralının təxliyəsi həyata keçirilir.