Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1970-ci il təvəllüdlü Yusifova Nəzakət Alməmməd qızı bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol qolun və sol baldır sümüklərinin sınıqları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.