Somalinin Qalkayo şəhərində yerləşən stadionda 18 dekabrda baş verən bomba partlayışı nəticəsində ən az 16 nəfər öldü.
Unikal.org xəbər verir ki, qurbanların sayı bu səhərə qədər artıb.
Qeyd edək ki, partlayış Somali Baş naziri Məhəmməd Hüseyn Roblenin gəlişindən bir müddət əvvəl Abdullahi Issa adına stadionunda terrorçu-kamikadzenin özünü partlaması nəticəsində olub. Nə baş nazirin özü, nə də katibliyinin üzvləri xəsarət almayıblar.