Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 76 milyonu keçib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, dünya ölkələri üzrə yoluxma sayı 76 milyon 446 min 073 nəfərə çatıb, pandemiya qurbanlarının sayı 1 milyon 688 min 622 nəfərdir.

İndiyədək 53 milyon 593 min 426 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.