Sumqayıt və Bakıda minik avtomobilləri yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıtda "Lada" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlığı yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Digər hadisə isə Bakıda qeydə alınıb. Belə ki, paytaxtın Xətai rayonunda "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. 

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.