Bakıda dördmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Unikal.org xəbər verir ki, hadisə Səbail rayonu, Neftçilər prospektində yerləşən binanın 3-cü mərtəbəsində baş verib. Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğının qarşısının alınması üçün tədbirlər görülür.