Göygöl və Şabran rayonunda yük avtomobillərində yanğın olub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Göygöl rayonunda “KamAZ” markalı yük avtomobilinin mühərrik hissəsi yanıb.

Şabran rayonunda isə “Shacman”  markalı yük avtomobilinin kabinə hissəsi yanıb. Hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.