Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağdam rayonunun İkinci Baharlı qəsəbəsində su hövzəsində aşkar edilən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Bu barədə Unikal.org-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Qarabağ Regional Mərkəzinin xilasediciləri 1965-ci il təvəllüdlü Həsənova Zibeydə İbad qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.