Göygöl rayonunda “Opel” markalı minik avtomobilinin idarəetmə lövhəsi və salonu qismən yanıb.
Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.mBildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.