Türkiyənin pop ulduzu Tarkan Yeni il gecəsi onlayn konsert təklifi alıb.
Unikal.org xəbər verir ki, pandemiya dövründə Almaniyada ailəsi ilə vaxt keçirən müğənniyə musiqili gecə üçün 1 milyon lirə qonorar vəd edilib. Tarkan isə təklifi qəbul etməyib.
Qeyd edək ki, sənətçi 6 ildən sonra ilk dəfə bayramı ailəsi ilə qeyd edəcək.