ABŞ-da qaradərili vətəndaşı öldürürən polis əməkdaşı işdən azad edilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Ohayo ştatında baş verib. Dekabrın 21-də 47 yaşlı qaradərili ABŞ vətəndaşının öldürülməsi ilə bağlı cinayət işi yekunlaşıb. Qaradərilinin vəzifəsindən sui-istifadə edən polis əməkdaşı Adam Koy tərəfindən öldürüldüyü üzə çıxıb. Polis əməkdaşının həbs edilməsi də gözlənilir.
Onun polis sisteminə yaraşmayan keyfiyyətlərə malik olduğu, cəmiyyət üçün faciə sayılan irqçiliyə bulaşdığı üçün polis sistemindən uzaqlaşdırılması zəruri bilinib.