Çexiyanın Kolin şəhərində elektrik stansiyasında partlayış baş verib.

Unikal.org xəbər verir ki, stansiyanın binasına ziyan dəyib, ancaq hadisə nəticəsində xəsarət alan olmayıb.

Partlayışdan sonra yaranan yanğının söndürülməsində 10 xilasetmə briqadası və bir helikopter iştirak edir. Elektrik stansiyası Kolin şəhərindəki əksər müəssisə və evləri elektrik və istilik enerjisi ilə təmin edir.

Hadisənin səbəbləri araşdırılır.