Venesuela prezidenti Nikolas Maduro parlamentin spikeri Xuan Quaydonun səlahiyyət müddətinin artırılmasını tanımayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu addımı sərt tənqid edən prezident qərarı anti-konstitusion adlandırıb və tanımadığını bəyan edib. Nəticədə siyasi gərginlik pik həddə çatıb.

Qeyd edək ki, parlamentin sədri Xuan Quaydonun səlahiyyət müddəti 1 il uzadılıb. Bir sıra Qərb ölkələri Quaydonu qanuni hökumətin təmsilçisi kimi tanıyır. Rusiya başda olmaqla, bir neçə dövlət isə prezident Nikolas Maduronun hakimiyyətini tanıyır və onu legitim prezident hesab edir.