Yeni Zelandiyadakı Otaqo Universitetinin bir qrup alimi Altsheymer xəstəliyi ilə mübarizə məqsədi daşıyan xüsusi cihaz hazırlayıblar.

Unikal.org  xəbər verir ki, cihaz beynin gicgah payına yönəlmiş zəif elektrik impulslarının köməyi ilə insanın qoxu sistemini stimullaşdırmaq üçün hazırlanıb.

Parkinson xəstəliyi kimi bu xəstəliyin də ilkin mərhələlərində qoxu sisteminin işləməsindən məsul olan beyin hissəsi zərər çəkir. Tədqiqatçılar qeyd edir ki, qoxu sinirləri beynin dərinliyinə çatır, yaddaş və naviqasiyaya təsir edir.