Pakistanda koronavirusun "Britaniya ştammı" aşkar edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 3 yoluxma faktı qeydə alınıb. Hər üç fakt Pakistanın cənubunda, Hind okeanının sahilindəki Kəraçi şəhərində müşahidə edilib.

Bu şəxslərin karantinə alındığı bildirilir. Onların Britaniyadan gəmi ilə gəldiyi deyilir.