İsveçdə məscidə təhdid məktubu göndərilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İsveçin Uppsala şəhərində baş verib. Məscidin ruhani heyətinə daxil olan Şadi Keskin məktubun içindən ağ toz və mesaj yazılmış kağız çıxdığını bildirib.

"Dərhal polisə xəbər verdik. Toza toxunmadıq. Təhdid mesajında isə "burada sizi istəmirik" yazılmışdı. Məscidə gələnlər çox qorxdu. Çünki bu, ilk belə hal deyil. Vaxtaşırı təhdid mesajları alırıq", - deyə Keskin bildirib.

Uppsala polisi araşdırmalar nəticəsində ağ tozun zərərsiz olduğunu müəyyən edib. Dini nifrət və təhdid ittihamları ilə cinayət işi açılıb. Naməlum şəxslərin axtarışı və araşdırmalar davam etdirilir.