ABŞ və Meksika sərhədlərində gərginlik yaşanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, səbəb miqrantlar olub. Belə ki, Kubadan gələn miqrantlar Meksikadan ABŞ-a daxil olmağa çalışıb. Lakin onlar bu ölkəyə buraxılmayıblar.
Miqrantlar çıxış yolunu Meksika-ABŞ sərhədində etiraz aksiyası keçirməkdə görüblər. Texas ştatının El-Paso yaşayış məntəqəsi ilə sərhəddə 200-dən çox miqrantın iştirakı ilə aksiya keçirilib. Lakin miqrantlar məqsədlərinə çata bilməyiblər.