ABŞ Kubanı terrorizmi maliyyələşdirən ölkələr siyahısına sala bilər.
Unikal.org xəbər verir ki, bu barədə "New York Times" nəşri yazı dərc edib. Belə ki, ABŞ-ın dövlət katibinin bunun üçün çalışdığı bildirilir. Hazırda ABŞ Dövlət Departamentində bununla bağlı araşdırmalar aparılır. Güman edilir ki, nəticədə Kubanın da bu siyahıya əlavə edilməsi gözləniləndir.
Qeyd edək ki, ABŞ-ın terroru dəstəkləyən və maliyyələşdirən ölkələr siyasına Suriya, İran və Koreya XDR (Şimali Koreya) daxildir. Bu siyahıda olan ölkələr üçün bir sıra siyasi və iqtisadi məhdudlaşdırmalar, habelə sanksiyalar nəzərdə tutulub.