Gürcüstanda son sutkada koronavirusa 1 738 yeni yoluxma halı təsdiqlənib, 1 494 nəfər müalicə olunaraq sağalıb, 38 pasiyent isə ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 225 893 təşkil edir. Yoluxanların 210 445-i sağalıb, 2 481-i isə vəfat edib.