ABŞ-ın Konnektikut ştatında qətl hadisəsi baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, iş adamı 59 yaşlı Con Liqori Yeni ili qeyd etdikdən sonra koronavirusdan müalicə alan 55 yaşlı arvadı Cindi Liquriyi yatdığı yerdə silahla başından vurub. Daha sonra Con həyat yoldaşının yanına uzanaraq silahla özünə qəsd edib.
Hadisə yerinə polis qrupları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.