Böyük Britaniyada "AstraZeneca" şirkətinin istehsal etdiyi koronavirus əleyhinə vaksinlərin tətbiq edilməsinə icazə verilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən vaksinlər "AstraZeneca" şirkəti ilə Oksford Universitetinin birgə araşdırmaları nəticəsində ərsəyə gəlib və istehsalına başlanılıb.
Məhz Oksford Universiteti ilə birgə istehsal olunan "AstraZeneca" şirkəti vaksinlərinin tətbiqi təsdiqlənib. Belə ki, vaksinlərin Britaniyada dövlət tərəfindən yoxlanışı da başa çatıb. Yaxın vaxtlarda geniş əhali kütləsinin vaksinasiya prosesində bu vaksinlərdən istifadə edilməsi planlaşdırılır.