Fransanın Strasburq şəhərində yaşayan türkiyəli Yasemin Çetindağın cansız bədəni meşədə tapılıb. 

Unikal.org xəbər verir ki, 25 yaşlı Yasemin Çetindağı öldürməkdə şübhəli bilinən 42 yaşlı sevgilisi həbs olunub. 

İlkin dindirilmə zamanı onların bu yaxınlarda münaqişə nəticəsində ayrıldığı məlum olub.  Şübhəlinin sözlərinə görə,  4 uşaq anası olan Yasəmini evdə tək olarkən qətlə yetirib.  Daha sonra izi itirmək üçün dostundan kömək istəyib.  Belə ki,  Yolande Renzi  dostunun köməyi ilə Çetindağın cəsədini meşəyə aparıb. 

Qeyd edək ki, Strasburq Respublikası Prokurorluğu 42 yaşlı fransız Yolande Renzi  barəsində  qəsdən adam öldürmə ittiham aktını qəbul edib.