Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 582 yoluxma halı qeydə alınıb.

Unikal.org-un verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutkada 1 nəfər koronavirusdan ölüb və bununla da ölkədə xəstəlikdən ölənlərin ümumi sayı 2 807 nəfərə çatıb.

Ermənistanda indiyədək koronavirusa yoluxanların ümumi sayı 158 878, xəstəlikdən sağalanların sayı isə 141 844 nəfərə yüksəlib.