Ermənistanda hərbi hissələrdən birinin komandir müavini həbs edilib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, müharibədə ölmüş erməni əsgərlərindən birinin atasının Ermənistanın Baş Prokurorluğuna və baş prokurorun özü Artur Davtyana müraciət etməsi araşdırmalara başlanmasına səbəb olub.

Nəticədə həmin əsgərin xidmət etdiyi hərbi hissənin komandir müavini saxlanılıb. O, 18 əsgərin səhlənkarlıq nəticəsində və yanlış əmrlərə görə ölməsində günahlandırılır. Haqqında cinayət işi açılan hərbçinin müharibə dövründəki fəaliyyəti ilə bağlı araşdırmalar və istintaq davam edir. Həbs edilmiş hərbçinin adı açıqlanmayıb.