İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, ABŞ-ı "şübhəli" addımlarda günahlandırıb.
Unikal.org xəbər verir ki, o, bu barədə Qətər Xarici İşlər Naziri Məhəmməd bin Əbdürrəhman Al Sani və Ermənistan Xarici İşlər Naziri Ara Ayvazyan ilə telefon danışığı zamanı bildirib.
Bölgədəki ölkələrin müdaxiləsi olmadan təhlükəsizlik və sabitliyə töhfə verməli olduğuna diqqət çəkən Zərif, ABŞ-ı "şübhəli və şeytani" addımlar atmaqda günahlandırıb və "Vaşinqton rəhbərliyi bölgədəki mümkün avantürizmdən məsuldur", - deyə ifadələrindən istifadə edib.