2021-ci ildə ABŞ-ın Gürcüstana edəcəyi maliyyə yardımının həcmi açıqlanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın fəaliyyətdə olan prezidenti Donald Trampın 2021-ci il üçün imzaladığı büdcə layihəsində Gürcüstana yardımla bağlı müddəalar da əksini tapıb. Gələn il Gürcüstana ümumilikdə 132 025 000 ABŞ dolları məbləğində maliyyə yardımı nəzərdə tutulub.
Həmçinin ehtiyac yaranarsa, müvafiq hüquqi prosedurlardan təsdiqləmələrdən sonra bu məbləğin artırılması və ya ölkənin milli maraqları ilə ziddiyyət təşkil edəcəyi halda sözügedən maliyyə yardımının dayandırılması və ləğvinin mümkün olduğu da ifadə edilib.